Oğuzda mikroavtobus aşıb, yaralılar var


19:44     17 Dekabr 2020 20_12_17_1608219929.jpg

Oğuzda mikroavtobus aşıb, çoxlu sayda yaralı var.

Femida.az -ın məlumatına görə, hadisə axşam saatlarında rayonun Böyük Söyüdlü kənd inzibati ərazisində baş verib. İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralıların bir qismi Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Hadisə yerində rayonun hüquq-mühafizə orqan əməkdaşları araşdırma aparır.

Açar sözlər:

Oxunub: 446