Samux sakinindən 4 kq narkotik götürüldü


12:42     19 Dekabr 2020 20_12_19_1608367369.jpg


Samux sakinində narkotik vasitə aşkar edilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlamaqda şübhəli bilinən rayonun Kövər kənd sakini, əvvəllər məhkum olunmuş Taleh Məmmədov saxlanılıb.

Ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman, tövlədən 4 kq 60 qram çəkidə narkotik vasitə olan, qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadə üçün əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 531