Paşinyan kilsədən qovuldu, Qafana buraxılmadı - VİDEO
15:02 21 Dekabr 2020
Ermənistan baş naziri Nikol Paşinyanın ölkənin Sünik vilayətinə səfəri zamanı insident baş verib.
Femida.az “Sputnik Armeniya” istinadən bildirir ki, vilayətin Sisian şəhərində ibadət üçün kilsəyə daxil olan N.Paşinyan keşişlə salamlaşmaq üçün əl uzatsa da, din xadimi hökumət başçısının əlini sıxmaqdan imtina edib.
Keşiş baş nazirə məbədi tərk etməyi tövsiyə edib.
Kadrlardan göründüyü kimi, Nikol Paşinyan kilsəyə girər-girməz oradan ayrılır.
Yeri gəlmişkən, Paşinyan sakinlərin etirazı səbəbindən Sünik vilayətinə səfərini yarıda dayandırmağa məcbur olub.
Bu gün hökumət başçısının bölgənin Gorus və Qafan şəhərlərinə getməsi planlaşdırılırdı.
Lakin N.Paşinyan həmin şəhərlərə gedə bilməyəcəyini deyib. Hökumət başçısı vurğulayıb ki, adıçəkilən şəhərlərə gedən yol sakinlər tərəfindən bağlandığına görə səfər baş tutmayıb.
N.Paşinyan hazırda Sisiandadır.
Qeyd edək ki, məlumata görə, o, vilayətin Sisian şəhərinə helikopterdə gedib.
Xatırladaq ki, Sünik vilayətinin sakinləri N.Paşinyanı bölgəyə buraxmamaq üçün yolu bağlayıblar. Sakinləri etirazlara səsləyən bölgənin Gorus şəhərinin meri Aruş Aruşanyan artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ona qarşı cinayət işlərinin açıldığı bildirilib.
Femida.az
Oxunub: 943
Oxşar xəbərlər
- Nikol Paşinyan: "Ermənitanın 135 hərbçisi ölüb, ancaq bu yekun rəqəm deyil"
- Azərbaycan XİN Nikol Paşinyana cavab verib
- Paşinyanın avtomobil karvanının cinayət törədən sürücüsü cəzasız qalıb
- Nikol Paşinyan Moskvada işgüzar səfərdədir
- Ermənistan ziyalıları Paşinyanı sülh müqaviləsi bağlamağa çağırıblar
- İrəvanda Paşinyanın əleyhinə aksiya keçirilir, saxlanılanlar var
- Nikol Paşinyan martda Türkiyəyə səfər edəcək
- Paşinyan Aİ-nin nümayəndəsi ilə Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib
- Nikol Paşinyan Avropa Məhkəməsində Ermənistana qalib gəlib
- Nikol Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpasından danışıb