DİN-dən Gəncədə çəkilən video ilə bağlı açıqlama


21:57     21 Dekabr 2020 2020/02/din_yeni12_1580995028.jpg

Sosial şəbəkələrdə Gəncə şəhərinin çıxışındakı stasionar polis postunda sürücünün əsassız cərimələnməsi ilə bağlı yayılan görüntülər Gəncə şəhər Baş Polis İdarəsində araşdırılıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabr ayının 17-də Emin Əliyev özünəməxsus “KamAZ” markalı yük avtomobili ilə müvafiq icazəsi olmadan hərəkət etdiyi üçün stasionar polis postunda saxlanılıb. Polisin qanunu tələblərinə əməl etməyən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozan şəxs barəsində qanunvericiliyə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 200 manat miqdarında cərimə olunub.

"Vətəndaşın tibbi maska ilə bağlı səsləndirdiyi fikirlər və digər iddialar əsassızdır, həqiqəti əks etdirmir", - deyə məlumatda qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 586