Gələn ilin büdcəsi Milli Məclisin iclasına tövsiyə edilib


15:24     23 Dekabr 2020 milli-meclis.jpg

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəyə çıxarılıb.

Femida.az xəbər verir ki, müzakirələrdə Maliyyə naziri Samir Şərifov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Statistika Komitəsinin sədri Tahir Budaqov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Əli Abdullayev, Dövlət Gömrük Komitəsinin sədr müavini İsmayıl Hüseynov, Maliyyə nazirinin müavini Azər Bayramov, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və deputatlar iştirak ediblər.

Müzakirələrdən sonra 2021-ci ilin dövlət və icmal büdcələrinin layihələri parlamentin plenar iclasına tövsiyə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 452