Müəllimlərin işə qəbulu üzrə müsahibələr başa çatdı


18:23     25 Dekabr 2020 1442037015_trend_tehsil_nazirliyi_education_ministre_300615_3.jpg

Müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan vakansiyalara işə qəbul olunmuş şəxslər üçün həyata keçirilən onlayn müsahibələr başa çatıb.

Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, 14-24 dekabr tarixlərini əhatə edən müsahibələrdə 2 209 namizəd iştirak etmək hüququ qazanıb.

"Microsoft Teams" proqramı üzərindən onlayn formatda təşkil olunan müsahibələrdə ümumilikdə 2 196 namizəd iştirak edib. Hərbi xidmətdə olduğu üçün onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslər üçün növbəti müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, müsahibələrin nəticələri ilə bağlı məlumatlar tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 405