Qanunsuz işləyən tədris mərkəzi aşkarlanıb


09:56     26 Dekabr 2020 2020/12/52CD5A9A-E094-420C-A381-80DE8129F6DD_1608962292.jpeg

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az -a verilən məlumata görə, vətəndaş Elmar Səfiyevin icarə əsasında işlətdiyi tədris mərkəzinin fəaliyyəti dayandırılıb.

Mərkəzdəki yeniyetmələr ailələrinə təhvil verilərək valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

E.Səfiyev və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Femida.az

Açar sözlər:

Oxunub: 359