190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb


12:07     26 Dekabr 2020 Manati_new.jpg

Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə təyin edilən 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-a verilən məlumata görə, birdəfəlik ödəmələr dekabrın 25-dən vətəndaşlara ödənilir.

Artıq banklar ödəmələrin icrasına başlayıb. Ümumilikdə təxminən 600 min nəfərə 190 manat ödəniləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 558