Lavrov Ayvazyanla Qarabağ bəyanatını müzakirə etdi


16:22     26 Dekabr 2020 lavrov_0.jpg


Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrovla Ara Ayvazyan arasında telefon danışığı olub.

Azvision.az xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin, Rusiya Federasiyası Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın 10 noyabr tarixli birgə Bəyanatının bəndlərinin yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Nazirlər ikitərəfli, regional və beynəlxalq gündəmin aktual məsələləri barədə də fikir mübadiləsi aparıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 427