Karantini pozan Qobustan sakinləri məsuliyyətə cəlb olundu


14:16     27 Dekabr 2020 2020/12/1587310429_7d3085b_1609064357.jpg

Xocalı rayon Polis Şöbəsinin əməkdaşları Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində xidmət apararkən Qobustan rayon sakinləri - Şahmirzə Balayev, Cahid Əliyev və Samir Rahmanovun yaşadıqları yeri xüsusi icazəyə malik olmadan tərk etdiklərini aşkarlayıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.

Məlumata görə, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) protokol tərtib edilərək 200 manat məbləğində cərimə olunublar.

Femida.az

Açar sözlər: Karantin   Qobustan    

Oxunub: 410