“Türkiyə Azərbaycana dəstəyini əsirgəməyəcək”- Hulisi Akar


15:33     27 Dekabr 2020 2020/12/thumbs_b_c_e01568adf487ba341acc7d8ae56fcf7c_1609068936.jpg

"Cinayətkar Xəlifə Haftar və tərəfdarları bilməlidirlər ki, türk hərbçilərinə qarşı hər hansı hücum halında onlar qanuni hərbi hədəfə çevriləcəklər".

Femida.az xəbər verir ki, bunu Liviyada səfərdə olan Türkiyənin Müdafiə Naziri Hulusi Akar Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftarın rəsmi Ankaraya qarşı fikirlərini şərh edərkən deyib.

"Haftar müharibə cinayətkarıdır, qatildir. O və tərəfdarları bilməlidirlər ki, Türkiyə ordusuna qarşı hər hansı bir hücum zamanı onlar qanuni hərbi hədəfə çevriləcəklər. Ağlınızı başınıza yığmağı məsləhət görürəm".

Bundan əlavə, Akar Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan, Liviya və Şimali Kipr kimi dost və qardaş ölkələrin təhlükəsizliyinə dəstək üçün köməyini əsirgəməyəcəyini qeyd edib.

Nazir ölkələrin, xüsusən də qonşuların siyasi birliyinə və ərazi bütövlüyünə hörmət etdiyini deyib.

"Milli Razılaşma Höküməti Liviyada BMT tərəfindən tanınan yeganə qanuni hökumətdir. Liviyadakı əsas problem Haftarın və müttəfiqlərinin qanunsuz silahlı birləşmələridir".

Müdafiə nazirinin sözlərinə görə, Haftarın müharibə cinayətlərinin diqqətçəkən dəlili Liviyanın Tərhun şəhərində tapılan 21 kütləvi məzarlıqdır.

Akar Şərqi Aralıq dənizindəki vəziyyətə də toxunaraq bildirib ki, Türkiyə bütün münaqişələrin yaxşı qonşuluq və beynəlxalq hüquq prinsiplərinə əsaslanan siyasi yollarla həll edilməsinin tərəfdarıdır.

"Kipr münaqişəsini həll etmək üçün yunan tərəfi inadkar mövqeyindən imtina etməli və Kipr türklərinin hüquqlarını tanımalıdır".

Femida.az

Açar sözlər: Türkiyə   HulisiAkar    

Oxunub: 551