Karantini pozan 2 kafe aşkarlandı, 20 nəfər cərimələndi


14:48     28 Dekabr 2020 2020/12/CBE2615C-D138-473E-A930-DBE3F73AA5C4_1609152617.jpeg

Sabirabadda karantin rejimini pozan 2 kafe aşkar edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonun Həşimxanlı kəndində karantin qaydalarına zidd olaraq müştərilərə yerində fəaliyyət göstərən 2 kafe aşkar edilib. Hər 2 kafedə 20-yə yaxın müştərinin olduğu müəyyən edilib.

Onlardan 8 nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub, digərlərinə isə ciddi xəbərdarlıqlar edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 507