“Azərbaycana bu dəstək davam edəcək” - Çavuşoğlu


12:18     30 Dekabr 2020 cavusoglusabrimiz-so-0dc23f43dd70e3830bf1.jpg

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 30 ildir davam edən diplomatik danışıqlar nəticə vermədi, Azərbaycan döyüş meydanında haqqını geri aldı”.

Femida.az-ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair çıxışında deyib.

O bildirib ki, türk milləti olaraq Azərbaycana dəstək veriblər.

“Azərbaycana sadəcə qardaş olaraq yox, haqlı olduğu üçün dəstək verdik”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

Nazir qeyd edib ki, bundan sonra da Türkiyənin Azərbaycana dəstəyi davam edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 371