“Açıq-saçıq geyimlərlə gender bərabərliyi olmur” - Deputat


13:33     30 Dekabr 2020 20_12_30_1609324514.jpg


"Avropada təhsil almaqla deyil. Bəzi qadınlar özünü Avropa düşüncəsinin daşıyıcısı hesab edir və orada nə görübsə, Azərbaycanda da onu təqlid etməyə çalışır. Bunlar yolverilməzdir".

Femida.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisdə çıxışı zamanı deyib. O qeyd edib ki, gender bərabərliyi əxlaqsızlığın təbliği deyil:

“Yəni gender bərabərliyi ilə əxlaqsızlıq bir tutula bilməz. Gender bərabərliyindən, qadın hüquqlarından sui-istifadə edib əxlaqsızlığı cəmiyyətə bulaşdırmaq olmaz. Gender bərabərliyi cəmiyyətin inkişafında qadınların məsuliyyətinin artırılmasıdır. Təəssüf ki, bəzi feminist qadınlar elə hesab edir ki, bərabərlik məsuliyyətsizlik, kişinin üzərində hökmranlıq etməkdir. Xeyr, tam əksidir.

Cəmiyyətin, onun kiçik bir subyekti olan ailənin inkişafı, müasir bilik və tələblərə uyğunlaşmasında məsuliyyəti daşımaqdır. Hesab edirəm ki, hər bir Azərbaycan qadını bunun fərqindədir. İstər kişi olsun, istər də qadın, nümayişkəranə şərab içməklə, siqaret çəkməklə, oturmaq tərzini dəyişməklə, açıq-saçıq geyimlərlə gender bərabərliyi olmur. Gender bərabərliyini dəyər səviyyəsinə qaldırmaq lazımdır".

Femida.az

Açar sözlər: #deputat   #qadın   #gender  

Oxunub: 1113