31 dekabr və 1 yanvarda avtobuslar işləyəcək


15:33     30 Dekabr 2020 Q1a8aGjhUOz0Y8Myeni-avtobuslar.jpg


Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” müvafiq qərarına uyğun olaraq, ölkə ərazisində olduğu kimi Bakı şəhərində də ictimai nəqliyyatın fəaliyyəti 31 yanvar 2021-ci il tarixinədək yalnız hər həftənin şənbə və bazar günləri dayandırılır.

Femida.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, yeni il tətili günlərində də bu qərar əsas götürülməklə 2 yanvar gecə saat 00:00-dan 4 yanvar səhər saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

31 dekabr 2020-ci il, eləcə də 1 və 4 yanvar 2021-ci il tarixləri isə müvafiq olaraq həftənin cümə axşamı, cümə və bazar ertəsi günlərinə təsadüf etdiyindən həmin günlərdə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə sərnişinlərimizin xidmətində olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 388