Onlar "Şərəf" ordeni ilə təltif ediliblər - SƏRƏNCAM


19:45     30 Dekabr 2020 20_12_30_1609343099.jpg

Azərbaycan Prezidenti İlham Əliyev bir qrup şəxsin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.



Femida.az xəbər verir ki, Sərəncama əsasən, elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Kamal Mehdi oğlu Abdullayev, milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Mənsum İsrafil oğlu İbrahimov və elmin inkişafında böyük xidmətlərinə görə Nailə Məmmədəli qızı Vəlixanlı “Şərəf” ordeni ilə təltif ediliblər.

Açar sözlər:

Oxunub: 402