Yasamalda yanğın olub
20:54 01 Yanvar 2021
Bakı şəhərinin Yasamal rayonunda yanğın olub.
Femida.az FHN-ə istinadən xəbər verir ki, ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 52 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları (taxta konstruksiyalı) 40 m² sahədə, ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və içərisindəki əşyalar 16 m² sahədə və ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzildə arakəsmə divar 8 m² sahədə yanıb, yüksək temperaturdan 1 otağın lambirindən ibarət tavanı 16 m² sahədə əriyib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.
Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Femida.az
Oxunub: 447
Oxşar xəbərlər
- Yasamalda avtomobil 43 yaşlı kişini vurub
- Yasamalda gənc qızı avtomobil vurub
- Yasamalda 22 yaşlı gənc intihara cəhd edib
- Yasamalda 47 yaşlı kişini avtomobil vurub
- Yasamalda kişi meyiti aşkarlanıb
- Yasamalda 58 yaşlı qadını avtomobil vurub
- Yasamalda avtomobil 54 yaşlı kişini vurub
- Yasamalda 31 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
- Yasamalda daha 8 nəfər saxlanılıb, 25 kq-dan artıq narkotik götürülüb
- Yasamalda marketdə eskalatora ilişən 6 yaşlı uşağın ayağı sınıb