Şamaxıda 3 nəfər dəm qazından zəhərlənib


16:22     02 Yanvar 2021 21_01_02_1609587854.jpg

Şamaxı rayonunda dəm qazından zəhərlənmə hadisələri baş verib.


Femida.az -ın xəbərinə görə, bir gündə 3 ayrı ünvandan yaşayan şəxslər –2000-ci il təvəllüdlü Cəbrayılov Rəvan Həmidxan oğlu, 1962-ci il təvəllüdlü Muradova Rəfiqə Bayram qızı və M 1994-cü il təvəllüdlü Vəliyeva Səbinə Elçin qızı hamam otağında kustar üsulla quraşdırılan su qızdırıcısının içəri buraxdığı dəm qazından zəhərlənib.

Onlar təcili tibbi yardım stansiyasının avtomobilləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 530