Göyçayda qadın dəm qazından zəhərlənərək ölüb


09:55     03 Yanvar 2021 21_01_02_1609615374.jpg

Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Femida.az-ın xəbərinə görə, bu gün axşam saat 19:00 radələrində Göyçay rayonu Bığır kənd sakini, 1964-cü il təvəllüdlü Umudova Mükafat Eynulla qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

O, təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. M.Umudova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 580