Moskvada kütləvi atışmadan sonra 35 nəfər saxlanılıb
10:15 03 Yanvar 2021
Moskvanın şərqində baş verən silahlı insidentin səbəblərini ararşdırmaqydınlaşdırmaq məqsədilə yerli polis 35 nəfəri saxlayıb.
Femida.az -ın REN TV-yə istinadən verdiyi xəbərə görə, hadisə yanvarın 1-də səhər saatlarında Uralskaya küçəsində baş verib.
Yerli sakinlər təxminən 50 nəfər şəxs arasındakı atışma ilə bağlı polisə xəbər etdikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib. Ərazidə qan izləri tapılıb.
Polis əraziyə gələnədək münaqişə iştirakçıları hadisə yerindən qaçıblar. Təhlükəsizlik kameralarına baxışdan sonra hadisə yerində üç avtomobil olduğu ortaya çıxıb, onların ikisi artıq tapılıb.
Bundan əlavə, polis, avtomat silahdan atəş açan şəxsi də tutmağa müvəffəq olub.
İlkin məlumatlara görə, hadisəyə səbəb Yeni il şənliyi zamanı baş verən dava olub. Dava edənlərin spirtli içkinin təsiri altında olduğu bildirilir.
Oxunub: 385
Oxşar xəbərlər
- Moskvadan müharibənin gedişatını dəyişəcək qərar
- Moskvada atışma olub, 2 nəfər ölüb, 3 nəfər yaralanıb
- Moskvada Penitensiar Xidmətin zabiti güllələnib
- Moskvada azərbaycanlı avtoritetə qarşı ittiham irəli sürülüb
- Moskvada yeni temperatur rekordu
- Moskvada oteldə yanğın olub, 3 nəfər ölüb
- Moskvada Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclası keçirilib
- Moskvada çempion kəmərini qoruyan Nəriman Abbasov vətənə qayıtdı - VİDEO
- Moskvada azərbaycanlının ölümündə təqsirləndirilən şəxslər bəraət aldı
- Moskvada Azərbaycan restoranına hücum edən ermənilərə hökm oxundu