Naxçıvanın işğal olunmuş yeganə kəndi Azərbaycana qaytarılır


16:40     04 Yanvar 2021 2021/01/6217649C-27EC-444A-821C-BB81D7380DE4_1609764506.jpeg

Şurnuxdan (Zəngəzur bölgəsi - red) sonra Kərki kəndi də Azərbaycana təhvil veriləcək.

Femida.az xəbər verir ki, bu barədə erməni politoloq Qrant Melik-Şahnazaryan "Facebook" hesabında bildirib.

O, baş nazir Nikol Paşinyanı xain adlandıraraq, bütün xalqı aldatdığını, hərbi-siyasi elitanın, ziyalıların baş verənlərə laqeyd qaldığını deyib.

Xatırladaq ki, Kərki kəndi Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisinə daxildir. Kənd 1990-cı ildə işğal edilib. Kərki Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir.

Femida.az

Açar sözlər:

Oxunub: 473