Beyləqanda mikroavtobus aşıb, ölən və yaralılar var


17:23     04 Yanvar 2021 qeza_yeni.jpg


Beyləqan rayonunun İkinci Aşıqlı kəndinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, yanvarın 3-də saat 20 radələrində, Beyləqan rayonu İkinci Aşıqlı kəndinin ərazisində Zərdab rayon sakini X.Məmmədzadə idarə etdiyi “Mercedes-Vito” markalı mikroavtobusu aşırıb.

Nəticədə sərnişinlərdən Emil Salıyev hadisə yerində ölüb, sürücü və digər 3 sərnişin xəstəxanaya yerləşdirilib. Araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 499