Bakıdakı Müqəddəs Jen-Mironosits kilsəsi ilə bağlı videoçarx hazırlanıb


17:40     05 Yanvar 2021 2021/01/1ABB64F8-D26B-44C9-AADB-BF7E959439E1_1609854599.png

Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Bakıdakı Müqəddəs Jen-Mironosits pravoslav kilsəsi barədə videoçarxı hazırlayıb.

Nazirlikdən Femida.aza verilən məlumata görə, kilsə 1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında rus stilində, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilib.

Xatırladaq ki, Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi Azərbaycana səfəri zamanı 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu verib. Açılış mərasimində ulu öndər Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların rəhbərləri iştirak edib.

Femida.az

Açar sözlər:

Oxunub: 445