Paytaxtda sexdən 6 minlik oğurluq edilib


18:11     05 Yanvar 2021 2020/02/din_yeni12_1580995028.jpg

Oğurluqda şübhəli bilinən paytaxt sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 28-dən cari il yanvarın 4-dək olan müddətdə Binəqədi qəsəbəsi ərazisindəki qapı-pəncərə sexlərinin birindən 6 000 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini İ.Nəcəfov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 492