Xaçmazda polis zabiti COVID-19-dan ölüb


23:30     05 Yanvar 2021 xestexana_01254.jpg



Xaçmaz rayonunda polis mayoru koronavirusdan vəfat edib.

Femida.az Report-a istinadən verdiyi məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşı, əslən, Quba rayonundan olan 51 yaşlı polis mayoru Baba Poladov bir neçə gün koronavirusdan müalicə alsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Polis zabiti bu gün vəfat edib.

Baba Poladov Quba rayonunun Bağbanlı kəndində dəfn edilib.

Allah rəhmət eləsin!

Femida.az

Açar sözlər:

Oxunub: 353