Gədəbəydə yük maşınında yanğın olub


09:10     06 Yanvar 2021 masin%20yandi%20yuk%20masini.jpg

Gədəbəy rayonunda avtomobildə yanğın baş verib.

Femida.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı “Shacman” markalı yük avtomobilinin salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 361