Goranboyda çayxana sahibi və müştəriləri cərimələndi
18:11 06 Yanvar 2021
Goranboyda karantin rejimini pozan çayxanalar aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az
-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhər ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarl edilib.
Obyekt sahibi - Əli Əşrəfov və müştərilər - Tapdıq Zeynalov, Azər İsmayılov, Ramin Xıdırov, Cabir Verdiyev, Faiq İsgəndərov və Ceyhun Kərimov saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.
Davam etdirilən tədbirlər zamanı rayonun Şəfəq kəndində də xüsusi karantin rejiminin tələblərinə zid olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb.
Polis əməkdaşları dərhal çayxana sahibləri, Qarqucaq kınd sakinləri Vahid Paşayev və Əsəd Səfiyevlə birlikdə orada olan müştəriləri RPŞ-yə gətirib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.
Oxunub: 389
Oxşar xəbərlər
- Goranboyda ağır yol qəzasında iki nəfər ölüb
- Goranboyda mikroavtobus aşıb, 24 nəfər xəsarət alıb
- Goranboyda avtomobil aşıb, xəsarət alanlar var
- Goranboyda avtomobillər toqquşub, ölən var
- Goranboyda silah-sursat aşkarlanıb
- Goranboyda 2 qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- Goranboyda avtomobil aşıb, sürücü ölüb
- Goranboyda direktoru iş otağında qətlə yetirən şəxsin ibtidai istintaqı yekunlaşıb
- Goranboyda 37 yaşlı qadın qətlə yetirilib
- Goranboyda avtomobil ustası bıçaqlanıb