Yeni yaradılan müəssisə və təşkilatların sayı açıqlandı


15:00     09 Yanvar 2021 Yoxlama%20nezaret%20imtahan_0.jpg

2020-ci ilin doqquz ayı ərzində Azərbaycanda 7246 yeni müəssisə və təşkilat yaradılıb.

Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, bunlardan 82,8 faizi Bakı şəhərində, 5,4 faizi Abşeron iqtisadi rayonunda, 3,6 faizi Aran iqtisadi rayonunda, 2,7 faizi Gəncə-Qazax iqtisadi rayonunda, 1,5 faizi Lənkəran iqtisadi rayonunda, 1,4 faizi Şəki-Zaqatala iqtisadi rayonunda, 1,1 faizi Quba-Xaçmaz iqtisadi rayonunda, 0,6 faizi Dağlıq-Şirvan iqtisadi rayonunda, 0,5 faizi Naxçıvan Muxtar Respublikasında və 0,4 faizi Yuxarı-Qarabağ iqtisadi rayonunda fəaliyyətə başlayıb.

2020-ci ilin yanvar- sentyabr ayları ərzində ölkədə yeni açılmış iş yerlərinin 6 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 72,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 21,2 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Yeni iş yerlərinin 68,3 faizi Bakı şəhərinin, 0,9 faizi Naxçıvan Muxtar Respublikasının, 30,8 faizi digər regionların, o cümlədən 9,0 faizi Aran, 7,5 faizi Lənkəran, 5,4 faizi Gəncə-Qazax, 2,2 faizi Abşeron, 2,2 faizi Dağlıq Şirvan, 1,6 faizi Yuxarı Qarabağ, 1,5 faizi Şəki-Zaqatala, 1,2 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 35,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 21,4 faizi tikinti, 10,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi emal sənayesi, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 2,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,3 faizi informasiya və rabitə, 10,1 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.


Femida.az

Açar sözlər:

Oxunub: 293