Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb - FOTO
15:46 12 Yanvar 2021
Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Qarayeri qəsəbəsində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb. Obyekt sahibi-Bəhruz Həsənov və müştərilər- Səbuhi Musayev, Orxan Quliyev və Orxan Rzayev saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.
Oxunub: 447
Oxşar xəbərlər
- Samuxda evdə partlayış olub, xəsarət alanlar var
- Samuxda bədbəxt hadisə zamanı ağır xəsarət alan FHN əməkdaşı ölüb
- Samuxda yanıq xəsarətləri alan uşaq xəstəxanada dünyasını dəyişib
- Samuxda ev yanıb, körpə xəsarət alıb
- Samuxda parkda silah-sursat tapılıb
- Samuxda 25 yaşlı oğlan ölümcül döyülüb, qulağı kəsilib
- Samuxda fermada çoban həmkarını bıçaqlayıb
- Samuxda 54 yaşlı kişini öldürənlər tutuldu
- Samuxda gənc oğlan bıçaqlanıb
- Samuxda karantin qaydalarını pozan toy sahibi cərimələndi