Zəfər Günü qeyri-iş günü olacaq - Prezident qanunu təsdiqlədi


22:40     12 Yanvar 2021 prezident2.jpg

Prezident İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Femida.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda 8 noyabr Zəfər Günü qeyri-iş günü olan bayram günlərinə aid edilib.

Digər dəyişikliyə əsasən, hər il sentyabrın 27-si – işğal altında olan torpaqların azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycanda Anım Günüdür.

Qeyd edək ki, Əmək Məcəlləsinə edilən dəyişikliklər Azərbaycan Prezidentinin 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncamlarından irəli gəlib.

Açar sözlər:

Oxunub: 513