Bu marşrutların hərəkət sxemləri dəyişəcək


17:32     13 Yanvar 2021 21_01_13_1610545871.jpg


Sabah Bakının Binəqədi rayonunun Mirmahmud Kazımovski küçəsi ilə hərəkət edən 52 və 193 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.

Femida.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, dəyişikliyə səbəb küçənin Əlillərin Bərpa Mərkəzinin qarşısından Mirzə Məmmədxan küçəsinə qədər olan hissəsində aparılacaq təmir işləridir.

Femida.az

Açar sözlər:

Oxunub: 625