İlham Əliyev və Mehriban Əliyeva Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış olublar


14:57     15 Yanvar 2021 2021/01/69c86a57-1cbe-31c5-8122-78b9087cac97_850hgjg_1610708346.jpg

Şuşaya səfər zamanı Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva erməni vandalizminin qurbanı olmuş Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış olublar.

Femida.az-ın xəbərinə görə, Şuşa Realnı Məktəbi dövrünün nümunəvi maarif ocağı sayılırdı. Məşhur Azərbaycan yazıçıları Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Çəmənzəminli bu məktəbin məzunu olublar.

1992-ci ilin may ayında Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları Realnı Məktəbini yandıraraq xarabazara çeviriblər.



Femida.az

Açar sözlər:

Oxunub: 622