Ceyhun Bayramov və Lavrov telefonla danışdı


18:23     15 Yanvar 2021 2021/01/16107-1610719378_1610720743.jpg

Yanvarın 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən Femida.az-a bildirilib ki, nazirlər 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyət, eləcə də bu il yanvarın 11-də Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 399