Ədliyyə naziri: “Qanunsuz ayrılan 8 200 hektardan artıq torpaq geri qaytarılıb”


21:42     15 Yanvar 2021 21_01_15_1610731417.jpg

“Ötən il 409 min icra sənədinin icrası təmin edilib, 700 milyon manat vəsaitin fiziki və hüquqi şəxslərə, habelə vergi borcları üzrə büdcəyə ödətdirilməsi təmin edilib”.

Femida.az -ın məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov bildirib.

Onun sözlərinə görə, məhkəmə ekspertizası mərkəzində 41 ekspert ixtisası üzrə 35 000-ə yaxın işə baxılıb, bələdiyyələrin 77 000-dən çox aktı inzibati nəzarət qaydasında yoxlanılıb, qanunsuz ayrılmış 8 200 hektardan artıq torpaq sahələri geri qaytarılıb, cinayət xarakterli 23 fakt üzrə materiallar prokurorluğa göndərilib.

Açar sözlər:

Oxunub: 2054