Prezidentin köməkçisindən Azərbaycanın aldığı vaksinlərlə bağlı açıqlama


12:20     16 Yanvar 2021 2021/01/59720e14-c08a-3a46-8144-d000c3b75c38_850_1610785382.jpg

"Sinovac" şirkətinin regional nümayəndəsi vasitəsilə 4 milyon doza almışıq. Azərbaycana hələ bunun az bir hissəsi gətirilib, onlar istehsal etdikcə qalanları da gətiriləcək".


Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

"Biz 2 milyon insan üçün 4 milyon vaksin almışıq. Vaksin bir insana iki dozada vurulacaq. Çoxtərəfli platformada isə əhalinin 10 faizi, yəni 1 milyon adam üçün 2 milyon doza alınması ilə bağlı müqavilə imzalanıb. Əlavə olaraq 10 faiz də artırmaq imkanımız var. Eyni zamanda virusa yoluxub sağalan insanlara vaksin vurulmur. Çünki onlarda artıq immunitet yaranıb. Növbəti aylarda da yoluxub sağalanıar olacaq. Bütün hallarda ehtimal edirik ki, bu bizə kifayət edəcək",- o bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 393