İndoneziyadakı zəlzələnin qurbanları artır


18:44     16 Yanvar 2021 21_01_16_1610806638.jpg

İndoneziyanın Sulavesi adasında ötən gün baş verən zəlzələdə ölənlərin sayı 46-a çatıb.

Femida.az “Tempo”ya istinadən xəbər verir ki, bu barədə Milli Fəlakətləri İdarəetmə Qurumu (BNPB) bildirib.

Bundan əvvəl 42 nəfərin öldüyü, 637 nəfərin də xəsarət aldığı bildirilmişdi. Qərbi Sulavesi əyalətində fövqəladə vəziyyət elan olunub.

Xatırladaq ki, cümə gecəsi mərkəzi adıçəkilən əyalətin Mamucu şəhəri yaxınlığında yerləşən 6,2 manqitudalı zəlzələ baş verib. Təbii fəlakətdən dərhal sonra 15 minədək əhali yaşadıqları yerləri tərk etməli olub.

Açar sözlər:

Oxunub: 567


Oxşar xəbərlər