Ağdaşda karantin qaydalarını pozan kafe aşkarlandı - 26 müştəri cərimələnib
14:46 18 Yanvar 2021
Ağdaşda xüsusi karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe və çayxana aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən xəbərə görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən kafenin işlədiyi məlum olub. Obyektə baxış zamanı kafeni işlədən Mahmud Əhmədovun və 14 nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib. Həmin şəxslər Polis Şöbəsinə gətirilib və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.
Digər bir tədbir zamanı isə şəhər parkının ərazisində yerləşən çayxananın işlədiyi müəyyən edilib. Qaydaları pozduqları üçün icarədar və orada olan 12 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq cərimələniblər.
Femida.az
Oxunub: 452
Oxşar xəbərlər
- Ağdaşda anbar və mağazadan oğurluq edən şəxslər saxlanılıb
- Ağdaşda əcnəbi evdən oğurluq edib
- Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb
- Ağdaşda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
- Ağdaşda evdə yanğın zamanı 87 yaşlı qadın yanaraq ölüb
- Ağdaşda iki avtomobil toqquşub, xəsarət alan var
- Ağdaşda qaçırdığı avtomobili hissələrə bölərək satmaq istəyən şəxs saxlanılıb
- Ağdaşda kişi döyülüb, qadın hədələnib
- Ağdaşda müştərilərə qəlyan təklif edən çay evinin icarədarı cərimələnib
- Ağdaşda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib