Ermənilər Vaqifin muzey-məqbərə kompleksini məhv ediblər
10:26 20 Yanvar 2021
Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin binası və burada sərgilənən onlarla eksponat məhv edilib.
“Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu”ndan Femida.az-a verilən məlumata görə, erməni vandalizminə məruz qalan tarixi abidələrimizdən biri də Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir. Kompleks Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın bir ərazidə - dahi şairin məzarı üzərində inşa edilib. Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edilib:
"“Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC-nin direktoru Telman Kərimli, institutun mütəxəssisləri və digər aidiyyatı qurumlar tərəfindən şəhərdə yerləşən tarix və mədəniyyət abidələrinin vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirilib. Məlum olub ki, Şuşa şəhərində yerləşən bir çox tarix-mədəniyyət abidələri, o cümlədən Vaqifin məqbərəsi öz ilkin görkəmini itirib. Prezident İlham Əliyevin göstərişi ilə Şuşa şəhərində bütün tarixi abidələr əsl simasına qaytarılacaq, "Vaqif Poeziya Günləri” bərpa ediləcək".
Femida.az
Oxunub: 5220
Oxşar xəbərlər
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
- Ermənilər Ağdamda “Bakcell"in əməkdaşına atəş açaraq yaralayıb, cinayət işi başlanılıb
- Ermənilərin dünən atıb qaçdığı silah-sursatın GÖRÜNTÜLƏRİ
- Ermənilər dövlət sərhədinin Laçın istiqamətində növbəti təxribata cəhd göstərib
- Ermənilərin basdırdıqları minaya öz vətəndaşları düşüb
- Ermənilərin Bərdəyə “Toçka-U” atmasından bir ötür
- Ermənilər Kəlbəcəri atəşə tutub
- Ermənilər Laçın, Şuşa və Xocalı istiqamətində atəşkəsi pozub