Əfqanıstanda “Taliban” hərbçilərə hücum etdi, ölən və yaralananlar var
17:33 24 Yanvar 2021
Əfqanıstanda təhlükəsizlik qüvvələri ilə "Taliban" hərəkatının döyüşçüləri arasında baş verən silahlı toqquşma nəticəsində bir neçə hərbçi yaralanıb.
Bu barədə Femida.az “Anadolu” agentliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, hadisə ölkənin şimalında, Balh əyalətində, Şolqere rayonunda olub. “Taliban” döyüşçüləri blokposta hücum ediblər, atışma nəticəsində altı hərbçi xəsarət alıb.
Silahlı toqquşma nəticəsində həmçinin “Taliban”ın beş döyüşçüsü öldürülüb, daha üç nəfər yaralanıb.
"Taliban" hücumla bağlı hər hansı açıqlama verməyib.
Oxunub: 618
Oxşar xəbərlər
- Əfqanıstanda “Əl-Qaidə” terror təşkilatının lideri öldürülüb
- Əfqanıstandan Özbəkistan ərazisinə 5 raket atılıb
- Əfqanıstanda güclü zəlzələ olub, 255 nəfər ölüb
- Əfqanıstanda məsciddə partlayış törədilib
- Əfqanıstanda "Taliban" hökuməti dövründə 260-a yaxın media orqanı bağlanıb
- Əfqanıstanda naməlum silahlılar "talib"lərə hücum edib, ölənlər var
- Əfqanıstanda məsciddə partlayış törədilib, yaralananlar var
- Əfqanıstanda baş verən partlayışlarda ikisi polis olmaqla 3 nəfər ölüb
- Əfqanıstanda baş verən partlayışlarda ikisi polis olmaqla 3 nəfər ölüb
- Əfqanıstanda iranlı jurnalistlərə silahlı hücum