"Şəxsin başqa dövlətin ərazisində dindirilməsi tələb olunursa, bu videokonfrans şəklində keçirilə bilər"


11:56     25 Yanvar 2021 21_01_25_1611562039.jpg


Xaricdə yaşayan şəxslərin Azərbaycanda doğulması, pensiya təyinatı, əmək məsələləri, əmlak, aliment və s. kimi məlumatlar alması mümkündür.

Femida.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda deyib. Onun sözlərinə görə, xaricdə yaşayan şəxslər Azərbaycandakı mülki məsələlərlə bağlı sənəd əldə bilirlər:

"Beynəlxalq əməkdaşlıq çərçivəsində cinayət sahəsində mübadilələr aparılır. Belə ki, xaricdə baş verən cinayət işləri üzrə Azərbaycanda hansısa şahidin dindirilməsi, sənədlərin əldə edilməsi və s. mümkündür. Düzdür, COVID-19 pandemiyası ilə bağlı ekstradisiya sahəsində problem yaranmışdı. Belə ki, ekstradisiya sahəsində sənədlərin əsli olması vacibdir. Amma biz bu problemin həlli üçün elektron sənəd dövriyyəsinin həyata keçirilməsinə nail olduq. Nazirliyin tarixində ilk dəfə olaraq elektron qaydada Vyetnamla Azərbaycan arasında memorandum imzalandı. Hətta hər hansı şəxsin başqa dövlətin ərazisində dindirilməsi tələb olunursa, bu videokonfrans şəklində həyata keçirilə bilər".

Femida.az

Açar sözlər: #ədliyyə   #cinayət  

Oxunub: 1103