Neft Fondu bu günədək dövlət büdcəsinə 112 mlrd manat köçürüb


12:35     25 Yanvar 2021 21_01_25_1611563741.jpg

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2021-ci ilin 1 yanvar tarixinə 112 140,3 mln. manat həcmində vəsait dövlət büdcəsinə transfert edib.


Bu barədə Femida.az-a Neft Fonduna istinadən xəbər verir.

Məlumata görə, ötən il ərzində ARDNF-nin 2020-ci il büdcəsinin icrası çərçivəsində 12 200 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.

Qeyd edək ki, 2021-ci il yanvarın 1-ə Fondun aktivləri 2020-ci ilin əvvəlinə (43 323,3 mln. ABŞ dolları) nisbətən 0,56% artaraq 43 564,3 mln. dollara bərabər olub. Koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ARDNF-nin büdcə xərclərinin büdcə gəlirlərini üstələməsinə baxmayaraq vəsaitlərin idarə edilməsindən əldə edilən və büdcədənkənar gəlirlər hesabına ARDNF-nin aktivlərinin həcmində artım baş vermişdir. Qeyd edək ki, sözügedən dövr ərzində büdcədənkənar və idarəetmə gəlirlərinin həcmi ümumilikdə 3,2 mlrd. dollar təşkil edib.

Xatırlada ki, ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edildi. ARDNF neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf etmiş, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.

Femida.az

Açar sözlər: #neft   #fond  

Oxunub: 671