Həbsdə olan şəhid ailələrinin üzvləri azadlığa buraxılıb
12:53 25 Yanvar 2021
Vətən müharibəsində yaxın qohumu şəhid olan məhkumların azadlığa buraxılması ilə bağlı sənədlər hazırlanır.
Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.
O bildirib ki, Vətən müharibəsində yaxın qohumu şəhid olan məhkumlara müəssisələrdə xüsusi qayğı göstərilir:
“30-dan artıq məhkum var ki, onların yaxın qohumları şəhid olub. Onların bir hissəsi şərti azadlığa buraxılıb, bir hissəsi cəzadan azad olunub, bir nəfərin isə oğlunun dəfn mərasimində iştirak etməsi təmin olunub. İmkan çatdıqca həmin şəxslərin hamısının cəzası azaldılacaq və ya məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürüləcək”.
Femida.az
Oxunub: 919
Oxşar xəbərlər
- Rusiya “azov”çu əsirlərin saxlanıldığı həbsxananı vurub, 53 nəfər ölüb
- Ekvadorda həbsxanada toqquşma zamanı 20 nəfər öldürülüb
- Özünü həbsxanada asan Hacı Məmmədovun cinayət ortağı həbsxanada öldü
- Ərəb koalisiyası Yəməndə həbsxanaya hava zərbəsi endirib, onlarla insan ölüb
- Tbilisidə həbsxanada Ukrayna vətəndaşının meyiti aşkarlanıb
- Həbsxanaya poçt vasitəsilə narkotik keçirmək istədi
- ABŞ Quantanamo həbsxanasında saxladığı yeganə əfqan məhbusu buraxacaq
- Gürcüstanda həbsxanada baş verən yanğında 2 məhbus ölüb
- Saakaşvili həbsxana həkimləri tərəfindən müayinə olunmasına razılıq verib
- Həbsxanada ölən eks-deputatın borclarını kim ödəyəcək?