Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru barəsində cinayət işi başlanıb
11:22 26 Yanvar 2021
Vətəndaşların hüquqlarını pozmaqla öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü və kəsərli tədbirlər davam etdirilir.
Qusar rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, rayon prokurorluğuna daxil omuş vətəndaş müraciəti əsasında aparılan araşdırma zamanı Qusar Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Mübariz Zeynalov, inzibati məsələlər üzrə direktor müavini Nəzakət Salmanova və maliyyə şöbəsinin müdiri Eldar Məhsimovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qulluq mövqeyinə qəsdən zidd olaraq xəstəxananın Təxirəsalınmaz Tibbi Yardım bölməsinin bir neçə əməkdaşına “COVİD-19” pandemiyası ilə bağlı mübarizə tədbirlərinə cəlb edilmələrinə görə ödənilməli olan müddətli əlavələri mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxunub: 772
Oxşar xəbərlər
- Qusarda meyiti tapılan qadının əri tərəfindən döyülərək öldürüldüyü məlum olub
- Qusarda ikimərtəbəli ev yanıb
- Qusar sakini intihar edib
- Qusarda mağazadan oğurluq edən şəxs həbs edilib
- Qusarda gənc qadın dəm qazından ölüb
- Qusarda qumbara və xeyli sursat aşkarlanıb
- Qusarda yol qəzası baş verib
- Qusar polisi əməliyyat keçirib, saxlanılanlar var
- Qusarda toy təşkilatçısı cərimələnib
- Qusarda restoran icarədarı 20 gün inzibati həbs edilib