Hikmət Hacıyev: “Ermənistan da Azərbaycan-Türkiyə əməkdaşlığından faydalana bilər”


15:33     27 Yanvar 2021 21_01_27_1611747247.jpg

“Hərbi-texniki sahədə əməkdaşlığımızın bilavasitə uğurlarını biz Zəfər savaşında gördük”.

Femida.az -ın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, diaspor, elm və digər sahələrdə də əməkdaşlığımızı inkişaf etdirməliyik, bunun üçün zəmin də var: “Qarşıdan gələn dövrlərdə və proseslərdə əlaqələri daha da inkişaf etdirməliyik. Bu əməkdaşlıq regional sülh və təhlükəsizliyi gücləndirir. Bu əməkdaşlıq heç kimə qarşı deyil. Bizim üçtərəfli formada apardığımız əməkdaşlığımız göstərir ki, bu əməkdaşlıqdan hər kəs qazana bilər. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə- İran, Azərbaycan-Türkiyə-Pakistan. Deməli, Ermənistan da Azərbaycan və Türkiyə əməkdaşlığından faydalana bilər”.

Açar sözlər:

Oxunub: 639