Lavrov və Ayvazyan Qarabağ bəyanatlarını müzakirə edib


18:13     27 Yanvar 2021 2021/01/lavro-1611756063_1611756871.jpg

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ara Ayvazyan arasında telefon danışığı olub.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Qarabağa dair razılaşmaların həyata keçirilməsinin gedişatını müzakirə ediblər.

Qeyd olunub ki, XİN başçıları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının həyata keçirilməsi, təhlükəsizlik aspektləri, humanitar komponent, iqtisadi və nəqliyyat əlaqələrini müzakirə ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 736