Azərbaycan daha beş erməni hərbi əsiri Ermənistana qaytarıb


18:33     28 Yanvar 2021 21_01_28_1611843804.jpg

Azərbaycan daha beş erməni hərbi əsiri Ermənistana qaytarıb.

Femida.az -ın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib.

Hərbi əsirlərin qaytarılması Rusiyanın vasitəçiliyi ilə baş tutub.

Erməni hərbi əsirləri daşıyan təyyarə artıq Bakıdan havaya qalxıb.

Onları Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov Muradov müşayiət edir.

Açar sözlər:

Oxunub: 656