Qəbul imtahanına Vətən müharibəsi mövzusu daxil edilib


11:37     29 Yanvar 2021 2021/01/1605854887_emiu5_xw8a2eht_1611905900.jpg

“Qəbul imtahanları üçün bir sıra mövzular ixtisar edilib. Tarix fənni üzrə proqrama isə “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)” mövzusu daxil edilib”.

Femida.az-ın xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib.

DİM sədri bildirib ki, bu mövzu hələlik dərsliklərə daxil edilməyib:

“Bunu nəzərə alaraq, mövzu ilə bağlı mətn “Abituriyent” jurnalının ikinci sayında dərc olunacaq. İmtahanda həmin mətn üzrə tapşırıqlardan istifadə olunacaq”.

O qeyd edib ki, bu il tarix fənni üzrə qəbul imtahanı proqramına “Vətən müharibəsi”nə aid mövzular da daxil ediləcək:

"Müəyyən məsələlərin dərsliklərdə öz əksini tapması obyektiv səbəblərdən gecikə bilər. Yeni dərsliklərin istifadəyə verilməsi zaman alır. Ona görə də, biz Vətən müharibəsinə aid mövzuların “Abituriyent” 1 jurnalında, həmin mövzulara aid məqalələrin isə “Abituriyent” 2 jurnalında dərc edəcəyik. Abituriyentlər bu yazılarla tanış olmalıdırlar. Qəbul imtahanlarında tarix fənni üzrə test blokuna jurnalda olan məqalələr əsasında hazırlanmış test tapşırıqları da daxil ediləcək".

Femida.az

Açar sözlər:

Oxunub: 815