İctimai nəqliyyatda həftəsonu qadağası uzadıldı


20:29     29 Yanvar 2021 Q1a8aGjhUOz0Y8Myeni-avtobuslar.jpg

Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyətin müddəti uzadılıb.

Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Yeni qərara əsasən, 2021-ci il 30 yanvar saat 00:00-dan 1 fevral saat 06:00-dək, 6 fevral saat 00:00-dan 8 fevral saat 06:00-dək, 13 fevral saat 00:00-dan 15 fevral saat 06:00-dək, 20 fevral saat 00:00-dan 22 fevral saat 06:00-dək, 27 fevral saat 00:00-dan 1 mart saat 06:00- 2 dək, 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək, 13 mart saat 00:00-dan 15 mart saat 06:00-dək, 20 mart saat 00:00-dan 22 mart saat 06:00-dək, 27 mart saat 00:00-dan 29 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Qərar 2021-ci il yanvarın 30-dan qüvvəyə minir.

Femida.az

Açar sözlər:

Oxunub: 712