DGK-nın 60 əməkdaşı Vətən müharibəsində iştirak edib


16:37     30 Yanvar 2021 gomruk1.jpg

Şübhəsiz ki, 2020-ci ildə ölkəmizdə əldə edilən ən böyük uğur Vətən müharibəsindəki tarixi Zəfərdir! Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu topraqlarımızı işğaldan azad etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, yenilməzliyini, əsgər və zabitlərimizin igidliyini, cəsarətini, qəhrəmanlığını bir daha bütün dünyaya göstərdi.

Femida.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, bu zəfərin əldə olunmasında gömrük orqanlarının əməkdaşları da öz töhfəsini əsirgəməyib.

"Müharibənin ilk günlərindən səfərbər olunan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin tibb kollektivi ön və arxa cəbhələrdə yaralı əsgərlərimizə zəruri tibbi xidmət göstərib, əsgərlərimizin müalicəsində aktiv iştirak edib. Dövlət Gömrük Komitəsi sistemindən 60 əməkdaş ərazi bütövlüyünün təmin edilməsi istiqamətində ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlara qatılıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə təltif olunan hərbi qulluqçular arasında bir qrup gömrük əməkdaşı da var. Onlardan şəhidlik zirvəsinə ucalan əməkdaşımız Hacıyev Ülvi Şirin oğlu “Vətən uğrunda” medalı ilə təltif olunub. Həmçinin 18 qazi əməkdaşımız müxtəlif medallara layiq görülüb.

Bununla yanaşı, Dövlət Gömrük Komitəsinin əməkdaşları könüllü olaraq əməkhaqlarından Azərbaycan Ordusuna Yardım Fonduna 1 milyon, Yaşat Fonduna 580 min manat vəsait köçürüblər. Komitə tərəfindən Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə, ümumilikdə dəyəri 7 milyon 600 min manatdan çox qeyri-ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar təhvil verilib".

Femida.az

Açar sözlər:

Oxunub: 880