Müharibə iştirakçılarının təhsil haqları ilə bağlı açıqlama


17:04     30 Yanvar 2021 2021/01/emin-emrullayev_1611341991.jpg

Bu günə qədər Vətən müharibəsində şəhid olmuş 35 nəfərin ali təhsil müəssisələrində təhsil alan bacı və qardaşlarının təhsil haqlarının ödənilməsi ilə bağlı qərar verilib.

Femida.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da sualları cavablandırarkən deyib.

Nazir, həmçinin bildirib ki, Vətən müharibəsində iştirak edən şəxslərin təhsil haqlarından azad olunması ilə bağlı müəyyən qərar layihələri hazırlanıb, hazırda müzakirələr gedir: “Ümid edirəm ki, bu istiqamətdə irəliyə doğru addım atılacaq”.

Femida.az

Açar sözlər:

Oxunub: 840